Bu gün (bazar ertəsi) səhər Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında İranın sionist rejimə qarşı son hərəkətləri ilə bağlı deyib: Amerikalıların mövqeyinin nə olduğunu və onların diplomatik mövqelərini necə təhlil edəcəyimizi bilmək hələ tezdir. Lakin qeyd etmək lazımdır ki, İran İslam Respublikası asayiş yaradan bir gücdür. İranın sionist rejimin bəzi hərbi qərargahlarına hücumu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə xas olan qanuni müdafiə hüququnun həyata keçirilməsinə uyğun olaraq və sionist rejimin təkrar təcavüzlərinə, xüsusilə də onların İranın Dəməşqdəki diplomatik qərargahına qarşı son təcavüzlərinə cavab olaraq həyata keçirilib.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: İran regionda gərginliyi artırmağa çalışmır və beynəlxalq standartlara və qanunlara riayət edir və caydırıcılıq yaratmaq və hər zaman istənilən təcavüzkarı tənbeh etmək üçün hərəkət edəcək. İranın hərəkəti zəruri və mütənasib olub və hərbi hədəflərə yönəlib.
O, davam etdi: Gözlənilən budur ki, digərləri, o cümlədən ABŞ İranın məntiqli və məsuliyyətli cavabına diqqət yetirəcək və məntiqsiz söz və mövqelər əvəzinə İranın regional sabitlik və təhlükəsizliyin qorunması istiqamətindəki hərəkətlərini təqdir edəcəklər.
O, sözlərinə belə davam edib: Sionist aparteid rejimi ABŞ-ın qeyri-məhdud dəstəyi ilə avantürist bir aktyor kimi Təhlükəsizlik Şurası və İnsan Haqları Şurasının qətnamələrinə əhəmiyyət verməyib, özünü hərbi cinayətlərini və soyqırımı davam etdirir.
Kənani bəyan edib: Azərbaycan Respublikasının İranda diplomatik fəaliyyətinin bərpası üçün yaxşı hazırlıqlar görülüb və hər iki tərəfin prezidentləri səviyyəsində yaxşı danışıqlar aparılıb. Ümumi konsensus var ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadi əməkdaşlığın inkişafı ilə yanaşı, həm də siyasi və diplomatik sahədə əməkdaşlıq inkişaf edəcək və biz Azərbaycan Respublikasının İranda yenidən fəaliyyətinin şahidi olacağıq.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası beynəlxalq qanunlar və qaydalara əsaslanaraq Hörmüz boğazında hər zaman dənizçiliyin azadlığının tərəfdarı olub və həmişə bu çərçivədə hərəkət edib. Məndə olan məlumata görə, ələ keçirilən gəminin sionist rejimə aid olduğu dəqiqdir.
O deyib: Sözügedən gəminin beynəlxalq gəmiçilik qaydalarını pozması və İran rəsmilərinə lazımi cavab verilməməsi səbəbindən bu gəmi ələ keçirilib və lazım gəldikdə müvafiq orqanlar tərəfindən daha ətraflı məlumat veriləcək.
Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin İranın hərbi hücumları ilə bağlı mövqeyi barədə bildirib: Təəssüflə qeyd etmək lazımdır ki, İngiltərə hökuməti sionist rejimin aşkar cinayətlərinə və bu rejimin gərginlik yaradan və təhdidedici hərəkətlərinə göz yummaqla yanaşı, İranın özünümüdafiə sahəsində qanuni hərəkətini qəbuledilməz hesab edir.
Kənani İran-İordaniya münasibətləri haqqında belə açıqlama verdi: İranın İordaniyadakı müvəqqəti işlər vəkilinin çağırılması İordaniya ilə bağlı bəzi İran mətbuatında dərc olunan və İordaniyanın İranın işğal olunmuş ərazilərə atılan bəzi raketlərin qarşısını almaqda rolunun olduğu xəbərlərinə görə idi.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, hərbi məsələdir və hərbi orqanlar bu məsələyə münasibət bildirəcək və mən hələlik heç bir məlumat almamışam.
O əlavə edib: İordaniya uzun illərdir ki, cinayətkar fəaliyyətlərin təsirinə məruz qalan ölkələrdəndir. Təcavüzkarın tənbeh olunmasında İranın qanuni addımının region ölkələri, ərəb və islam ölkələri də daxil olmaqla ölkələr tərəfindən bəyənilməsi və dəstəklənməsi məqsədəuyğundur.
Kənani deyib: İordaniya ilə əlaqələrimiz dostluq münasibətləridir və ötən aylar ərzində iki ölkənin nazirləri arasında sionist rejimin Qəzza zolağındakı cinayətləri ilə necə davranılması və Fələstində sionistlərin soyqırımına son qoyulması ilə bağlı danışıqlar olub.