Tehran - İRNA - İran İslam Respublikası və Malayziyanın xarici işlər nazirləri Tehran və Kuala-Lumpur arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, təhsil, elm və texnologiya, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən bu gün, bazar ertəsi 15 aprel günorta saatlarında telefon danışığında ikitərəfli münasibətlərdəki son hadisələri və regiondakı vəziyyəti müzakirə edib və fikir mübadiləsi aparıblar.

Əmir Abdullahiyan bu telefon danışığında ölkə Prezidentinin salamlarını Malayziyanın Baş nazirinə çatdıraraq vurğulayıb: “İsrail rejimi Qəzzə müharibəsi bataqlığından qurtulmaq üçün İranın Dəməşq səfirliyinə hücum edərək işdə bir növ proyeksiya və təhrif ardınca idi.”

Xarici İşlər naziri Təhlükəsizlik Şurasının ABŞ, İngiltərə və Fransanın maneçiliyi səbəbindən sionist rejimin hərəkətini pisləyən minimal bəyanat belə qəbul etməməsindən təəssüfünü ifadə edərək deyib: “İran İslam Respublikası qərara aldı ki, qanuni müdafiə çərçivəsində sionist rejimin ölkəmizin Dəməşqdəki səfirliyinə qarşı terror hücumunun baş verdiyi iki hərbi bazasına qarşı, hesablanmış bir hərəkətlə və müəyyən bir əməliyyat həyata keçirərək bu rejimi cəzalandırsın.”

Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən regionda baş verən proseslərdən narahatlığını bildirərək, sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hücumunu pisləyib, bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

O, həmçinin diplomatik yerlərə hücumu beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndirib.