Tehran - İRNA - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Azərbaycanı Fransanın birtərəfli hərəkətlərində ittiham etmək tamamilə əsassızdır.

Fransanın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı Ayxan Hacızadə deyib: Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

  Azərtac xəbər verir ki, Ayxan Hacızadə deyib: Fransa tərəfinin Azərbaycan Respublikasını birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.