İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, general-mayor Əbdülrəhim Musəvi çərşənbə günü 29 Fərvərdin paradı çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: “Biz mümkün şər əməllərə qarşı mübarizə aparmağa hazır vəziyyətdəyik və bu gün ölkə daxilində nümayiş etdirdiklərimiz imkanların kiçik bir hissəsi idi və “hazır ol” vəziyyətində olan təchizat və avadanlıq bu paradda nümayiş etdirilməyib.”
Ordunun Baş komandiri əlavə edib: “Ölkənin maraqlarına qarşı yönəlmiş hər bir təcavüzə sərt və peşmanedici cavab veriləcək. Əgər düşmənlər bir hərəkət etsə, biz daha öldürücü texnika ilə cavab verəcəyik.”
General-mayor Musəvi bildirib: “Bu günlərdə bütün qüvvələrimiz mümkün hücuma qarşı cavab tədbirləri görmək üçün müdafiə səngərlərində hazırdır.”