Sionist rejim ordusunun sözçüsü Daniel Haqarinin İran tərəfindən atılan raket və pilotsuz təyyarələrin 99%-nin İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini iddia etməsinin ardınca, Mondoweiss-də dərc olunan məqalədə İranın cəzalandırıcı cavabının uğurlu olduğu bildirilib.
Təhlilin müəllifi hesab edir ki, İran hücum etmək niyyətini bir həftə əvvəl elan edib və ABŞ-ı əməliyyatın “eskalasiyanın qarşısını alacağına” əmin etmişdi.
Çərşənbə axşamı müstəqil jurnalist doktor Jim Kavana Sputnik-ə müsahibəsində İranın sionist rejimin təcavüzkar hücumuna verdiyi cəza reaksiyasından danışaraq deyib: “Bu, iki şeyin aydın olduğu yeni oyunun başlanğıcıdır: “İsrail ABŞ, İngiltərə, Fransa və İordaniyanın müdafiə sisteminindən və 72 saatlıq xəbərdarlıqdan yararlanmışdı. Halbuki, İran hədəflərini konkret hərbi obyektlərlə məhdudlaşdırdı və heç bir mülki və ya şəhər mövqeyə qarşı geniş hədəf seçmədi.”
O, əlavə edib: “İran sübut etdi ki, İsrailə qarşı hərəkət edəcək və bunu dünyanın ən yaxşı radarları və ən yaxşı hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş hədəflərə qarşı effektiv və ağıllı şəkildə həyata keçirə bilər.”
Publish Date: 17 aprel 2024 - 19:01
Tehran - İRNA - Sputnik-in analitiki İranın sionist rejimin təcavüzkar hərəkətlərinə qarşı cəzalandırıcı cavabına işarə edərək bildirib: “İranın hərəkətinin miqyası İsraili özünün və Amerikanın raket əleyhinə texnologiyalarını bütün regionda yerləşdirməyə məcbur etdi. İndi İranın əlində "İsrailin raketdən müdafiə sisteminin tam xəritəsi" var.”