Tehran - İRNA - Prezidentin elm, texnologiya və bilik əsaslı iqtisadiyyat üzrə köməkçisi yerli istehsal olan milli qatarların istehsalında 85% irəliləyiş olduğunu açıqlayaraq deyib: “Bu qatar yaxın bir-iki həftə ərzində rəsmi olaraq metro nəqliyyat xətlərinə daxil olacaq.”

Çərşənbə günü Ruhullah Dehqani Firuzabadi beş bilik əsaslı şirkətin Cihad Universiteti, Sənət, Mədən və Ticarət Nazirliyi, Daxili İşlər Nazirliyi və Tehran Bələdiyyəsi ilə birlikdə konsorsium yaradaraq bu milli qatarı dizayn etdiyini bəyan edərək deyib: “Bu milli qatar ötən həftə bütün keyfiyyət sınaqlarından, İran və Avropa standartlarından uğurla keçib.”

Prezidentin köməkçisi vurğulayıb: “İran milli qatarı artıq vətəndaşlara xidmət göstərmək üçün metro stansiyalarına daxil olmağa hazırdır.”