İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan cümə axşamı BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında deyib: “İranın qanuni müdafiəsi və əks tədbirləri artıq başa çatıb. Ona görə də İsrail rejimi İranın maraqlarına qarşı istənilən hərbi avantüraları təkrarlamağa son qoymağa məcbur edilməlidir. Şübhəsiz ki, İsrail rejimi tərəfindən İranın maraqlarına qarşı hər hansı hücum olarsa, İran İslam Respublikası ona dərhal, qəti və güclü cavab vermək və bu rejimi qəti və tamamilə peşman etmək kimi qanuni haqqından istifadə etməkdə bir an belə tərəddüd etməyəcək. Bu, dəyişməz bir qərardır.”
Publish Date: 18 aprel 2024 - 22:01
Nyu-York - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “İsrail rejimi İranın maraqlarına qarşı hərbi avantüraları təkrarlamağı dayandırmağa məcbur edilməlidir.”