Tehran - İRNA - Nyu-Yorkda olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yerli vaxtla cümə axşamı axşam saatlarında BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb və danışıb.

Ölkəmizin diplomatik orqanının rəhbəri İran İslam Respublikası silahlı qüvvələrinin təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatlarını qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində izah edib və deyib: Baxmayaraq ki, İran bu əməliyyatı daha geniş radiusda həyata keçirə bilərdi, yalnız ölkəmizin Dəməşqdəki səfirliyinə hücumun baş verdiyi sionist rejimin hərbi mövqeləri hədəf alındı.