Tehran - İRNA - Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayid Ən-Nəhyan cümə axşamı gecəsi iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə bölgədəki son hadisələri müzakirə edib.

Bin Zayid bu danışıqda Tehranın maksimum təmkinli olmasının və “Yaxın Şərq regionunda gərginliyin miqyasının genişlənməsinin qarşısını almaq” səylərinin vacibliyini vurğulayıb.

Bu telefon danışığı İran İslam Respublikasının sionist rejimin ölkəmizin Suriyadakı konsulluq binasına təcavüzünə qarşı cəzalandırıcı, hüquqi və qanuni hücumundan bir neçə gün sonra baş verib.