İran İslam Respublikasının Xarici İşlər naziri doktor Əmir Abdullahiyan Nyu-Yorkdakı diplomatik məsləhətləşmələrin və görüşlərinin davamında, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirlərinin iştirak etdiyi iclasda Fələstin məsələsi və sionist rejimin cinayətləri, eləcə də İranın İsrail rejiminə qarşı qanuni müdafiə əməliyyatı ilə bağlı ölkəmizin fikirlərini açıqlayıb.
Ölkəmizin diplomatiya rəhbəri İran İslam Respublikası Silahlı Qüvvələrinin təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatlarını qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində izah edərək vurğulayıb: “İran İslam Respublikası bu əməliyyatı daha geniş radiusda həyata keçirə bildiyi halda, sionist rejimin hərbi mövqelərinin yalnız ölkəmizin Dəməşqdəki səfirliyinə hücumun həyata keçirildiyi hissəsini hədəfə aldı.”
Doktor Əmir Abdullahiyan daha sonra İran İslam Respublikasının minimal cavab tədbirləri çərçivəsində öz məqsədlərinə nail ola bildiyni qeyd edib.
Publish Date: 19 aprel 2024 - 21:03
Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri doktor Əmir Abdullahiyan BMT-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri ilə görüş keçirib.