İsmayıl Hüseyn Zehi hökumətin Sistan və Bəlucistan əyalətində daşqınların qarşısını almaq və insanlara xidmət göstərmək üçün son tədbirləri haqqında deyib: “Bu əyalətdə son günlər yağan leysan yağışları vilayətin 289 kənd və 6 şəhərinin su təsərrüfatına ziyan vurub.”
Xaş əhalisinin İslami Şura Məclisindəki təmsilçisi su basmış ərazilərin problemlərinin həlli ilə bağlı Prezidentin göstərişlərinə toxunaraq əlavə edib: “Birinci Vitse-prezident Sistan və Bəlucistan əyalətində daşqının yaratdığı problemləri də həllini izləyir. Daxili İşlər naziri də digər əlaqədar təşkilat və qurumlarla birlikdə bölgəyə səfər etmişdir ki, rabitə yollarındakı problemlər daha sürətlə aradan qalxsın.”