Tehran - İRNA - Livan İslami Müqaviməti bu gün (şənbə) sionist rejimin hərbi toplanması və casusluq avadanlığına qarşı raket hücumu həyata keçirdiyini elan edib.

Hizbullah bəyanat yayaraq, bu hərəkatın döyüşçülərinin sionist rejimin “Cəbəl Ədəsər” bölgəsindəki hərbi toplantısını müvafiq raket silahları ilə hədəfə aldığını açıqlayıb. 

Livan İslami Müqaviməti başqa bir bəyanatda sionist rejimin “Ər-Rahib” hərbi bazasında casusluq vasitələrinin məhv edildiyini bildirib. 

Sionist rejim mediaları da xəbər veriblər ki, Livanın hava məkanından pilotsuz təyyarənin daxil olmasından sonra Fələstinin şimalındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalı çalınıb. 

Bəzi KİV-lər sionist rejimin işğal altındakı Kəfr Şuba təpələrində yerləşən “Ruyisat Ələm” hərbi bazasına 4 raket atıldığını bildirib.