Fələstinin Səhiyyə Nazirliyi bu gün (şənbə) günorta saatlarında elan edib ki, sionist rejim son 24 saat ərzində 4 cinayət hadisəsində 37 Fələstin vətəndaşını şəhid edib və 68 nəfəri yaralayıb.
Bu hesabata əsasən, sionist rejim ordusunun oktyabrın 7-də Qəzza zolağına təcavüzünün başlanmasından indiyədək bu şəhidlər də daxil olmaqla, fələstinli şəhidlərin sayı 34 min 49-a, yaralıların sayı isə 76 min 901-ə çatıb.