İslamabad - İRNA - Pakistanın xarici işlər naziri İslamabadda İran İslam Respublikası prezidentinin ilk işgüzar səfəri zamanı Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb və rəsmi Tehranın regionda, xüsusilə Fələstinə dəstəkdə tutduğu mövqeyi yüksək qiymətləndirib.

İRNA müxbirinin bazar ertəsi verdiyi məlumata görə, Pakistanın xarici işlər naziri senator İshaq Dar, ölkəmizin yüksək rütbəli nümayəndə heyətinin İslamabadda məskunlaşdığı oteldə Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb və onu salamlayaraq əlavə edib: Pakistan hökuməti və xalqı sizin səfərinizi səbirsizliklə gözləyirdi və biz sizə ev sahibliyi etməkdən məmnunuq. 

Pakistanın xarici işlər naziri deyib: İslam dünyası İran İslam Respublikasının ümumi problemlərin həllində oynadığı rolu yüksək qiymətləndirir.