Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatı sionist rejimin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindən çıxarılmasından sonra oradakı “Nasir” tibb kompleksində aşkar edilmiş kütləvi məzarlığın etibarlı, tam və müstəqil araşdırılmasına çağırıb.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi mətbuat konfransında Qəzza zolağında kütləvi məzarlıq aşkarlanması xəbərlərini çox narahatedici adlandırıb. 

O, Qəzza zolağında dərhal atəşkəsə çağırıb və əlavə edib: Atəşkəsin yaradılması humanitar iş sahəsində çalışanların Qəzza zolağına daha çox çıxış əldə etməsinə və xəstəxanaları qorumasına imkan verəcək.

Tags