Tehran - İRNA - Fələstinli Məhbuslara Dəstək Klubu oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bu yana sionist qüvvələrin İordan çayının qərb sahilində həbs etdiyi Fələstin vətəndaşlarının son statistikasını açıqlayıb.

Fələstinli Məhbuslara Dəstək Klubu öz hesabatında bildirib: “Sionist rejim oktyabrın 7-dən və Əl-Əqsa Tufanı əməliyyatının başlaması ilə eyni vaxtda İordan çayının qərb sahilində 8430 fələstinlini həbs edib.” 

Klub vurğulayıb: İşğalçı rejimin həbsxanalarında olan fələstinli məhbuslar tarixin ən ağır və amansız cəzası ilə üzləşirlər.”