Tacikistanın nəqliyyat nazirinin müavini xanım Şayistə Muradzadə İranın yollar və şəhərsalma nazirinin müavini Əli Əkbər Səfayi ilə görüşdə bu ölkə hökumətinin Çabahar limanına logistika sektoruna investisiya yatırmaqda maraqlı olduğunu vurğulayıb.
Tacikistanın nəqliyyat nazirinin müavini bu görüşdə əlavə edib: Rəsmi Tehran və Düşənbə arasında ikitərəfli ticarət və iqtisadi əlaqələr yaxşı səviyyədədir.
O, İran və Tacikistan arasında ortaq tarixi və mədəni keçmişə toxunaraq dedi: Son 2 ildə iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi və malların göndərilməsi inkişaf edib və artıb.
Muradzadə Tacikistanın Çabahar limanında logistika sahəsinin tikintisinə maraq göstərdiyini də açıqlayıb.