İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibinin də iştirak etdiyi çərşənbə günü işə başlayan iclasa videomüraciətində Vladimir Putin əlavə edib: Moskva çoxqütblü dünya nizamının formalaşdırılması və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi üçün bu məsələlərdə maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır.
O qeyd edib: Budəfəki konfransda müxtəlif ölkələrin nümayəndələri dünya vəziyyətini təhlil edəcək, qlobal və regional sabitliyin əsas məsələlərini müzakirə edəcək, mühüm və təhlükəli müasir çağırışlara daha səmərəli cavab vermək barədə fikir mübadiləsi aparacaqlar.