Nikolas Maduro Venesuelaya səfər etmiş Elm, Tədqiqat və Texnologa nazirinin mədəniyyət və ictimai məsələlər üzrə müavini, həmçinin Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının katibi ilə görüşündə İran nümayəndə heyətinin bu ölkəyə səfərindən məmnunluğunu ifadə edib, İran və Venesuela arasındakı münasibətləri qardaşlıq, dərin və qədim əlaqələr adlandıraraq vurğulayıb: “Bu münasibət dəyər və prinsiplərə uyğun olmalıdır.”
Şiddət göstərən bir dünyada yaşadığımızı bildirən Prezident deyib: “Venesuelanın mərhum Prezidenti Uqo Çaves 21-ci əsri xalqlar əsri hesab edirdi. Biz 21-ci əsrin bir hissəsiyik.”
Venesuela Prezidenti sözünə belə davam edib: “21-ci əsr bizim əsrimizdir və heç kim azadlıq və müstəqillik, dinc yaşamaq, mənəviyyat, mədəniyyət və dini bağlılıqlar hüququnu bizim əlimizdən ala bilməz.”
Publish Date: 24 aprel 2024 - 21:46
Tehran - İRNA - Venesuela Prezidenti İranla dostluğun real və strateji xarakter daşıdığını və müvəqqəti olmadığını vurğulayıb, İnqilabın Ali Rəhbəri ilə görüşlərinə toxunub, onu müdrik bir insan adlandıraraq deyib: “Ayətullah Xamenei dünya və onun hadisələri ilə bağlı dəqiq və dərin təhlillərə malikdir və biz həmişə onun tövsiyələrindən faydalanırıq.