Tehran - İRNA - Xəbər mənbələri cümə axşamı gecə xəbər verib ki, ABŞ Dövlət Departamentinin ərəbdilli sözçüsü Ağ Evin Qəzzaya qarşı siyasətinə etiraz olaraq istefa verib.

ABŞ Dövlət Departamentinin ərəb dilli sözçüsü Hala Rharrit prezident Co Bayden hökumətinin Qəzzaya qarşı siyasətinə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

Rharrit LinkedIn səhifəsində yazıb: Amerikanın Qəzzaya qarşı siyasətinə etiraz etmək üçün 18 illik görkəmli xidmətdən sonra 18 aprel 2024-cü ildə istefa verdim.

Bundan öncə də 3 Amerika rəsmisi Amerikanın Qəzza müharibəsində sionist rejimə dəstəyinə etiraz olaraq istefa vermişdi.