Tehran - İRNA  - Yəmən silahlı qüvvələri şənbə günü gecə saatlarında Yəmənin şimalında Səada vilayətinin səmasında ABŞ ordusuna məxsus "MQ-9" PUA-nı vurub.

Yəmən silahlı qüvvələri PUA-nın düşmənçilik missiyasını yerinə yetirərkən adı açıqlanmayan müvafiq raketlə hədəfə alındığını açıqlayıb. 

Yəmən ordusunun açıqlamasının davamında Qırmızı dənizdə İngiltərəyə məxsus (ANDROMEDA STAR) adlı neft gəmisinin də raketlə hədəf alındığı bildirilir. 

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri də bu silsilə əməliyyatların məzlum Fələstin xalqına kömək, həmçinin Amerika və İngiltərənin ölkəmizə hücumuna qarşılıq məqsədilə həyata keçirildiyini açıqlayıb.

Tags