Tehran - İRNA - Sionist Radio və Televiziya Təşkilatı verdiyi məlumatda Mossad rəhbərinin təyyarəsinin şənbə günü gecə Ər-Riyada eniş etdiyini iddia edib.

Həmin mənbə bir xəbərdə iddia edib ki, Mossad rəhbərinin xüsusi təyyarəsi ABŞ dövlət katibi Entoni Blinkenin Səudiyyə Ərəbistanına səfərindən cəmi iki gün əvvəl şənbə günü gecə Ər-Riyada gedib.

Sionist medianın məlumatına görə, Qəzzada atəşkəslə bağlı məsləhətləşmələr üçün daha əvvəl Mossad və Şabak rəsmilərini Misir və Qətərə aparan bu təyyarə Təl-Əvivin Ben Qurion hava limanından havaya qalxıb və sonra İordaniyanın paytaxtı Əmman hava limanında dayanıb və oradan da Ər-Riyada uçub.