Almaniya, Belçika, Hollandiya, İtaliya və Çin Taypeyi üzərində ardıcıl qələbələr qazanaraq dünya çempionatının final mərhələsinə yüksələn yeniyetmə voleybolçularımız ölkəmizin Serbiyadakı səfirinin də iştirak etdiyi final görüşündə Almaniya komandası ilə qarşılaşıb.
Yekunda yeniyetmə voleybolçularımız Almaniyaya 3:0 hesabı ilə qalib gələrək dünya məktəblilər yarışının çempionu olub.