Bazar ertəsi İranın xarici işlər naziri Əmir Abdullahian Mərkəzi Afrikanın kiçik və orta sahibkarlıq naziri Angate Robard ilə görüşərək danışıqlar aparıb.
İranın xarici işlər naziri həmçinin vurğulayıb: İran İslam Respublikası Mərkəzi Afrika Respublikası ilə bu ölkənin ehtiyac duyduğu sahələrdə, xüsusilə kənd təsərrüfatı, elm, texnologiya və təhsil sahələrində ikitərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan edir.
Mərkəzi Afrikanın kiçik və orta sahibkarlıq naziri Angate Robard da İran İslam Respublikasının ikinci İran-Afrika Konfransı və Tehran Sərgisində iştirak etmək dəvətinin qəbul edilməsinin vacibliyinə işarə edərək, qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Eləcə də onu müşayiət edən nümayəndə heyəti, ölkəmizin elmi sahədəki tərəqqi və nailiyyətlərini yüksək qiymətləndirib.