New York - IRNA - Tələbələrə Fələstin tərəfdarı toplantıları dayandırmaq, çadırları yığışdırmaq və İsrail əleyhinə etirazlarına son qoymaq xəbərdarlıqları edildikdən sonra, Nyu-Yorkun Kolumbiya Universiteti onları təhsildən uzaqlaşdırmağa başlayıb.

Nyu Yorkdakı Kolumbiya Universiteti yerli vaxtla bazar ertəsi axşam elan etdi ki, çadırları müəyyən edilmiş vaxta qədər yığışdırmaq istəməyən tələbələri universitetdən qovmağa başlayıb.