Tehran – İRNA -Yəmən silahlı qüvvələri çərşənbə axşamı gecəsi “Cyclades” gəmisinin vurulma anını yayıb.

İşğal olunmuş Fələstin limanlarına gedən bu gəmi keçən gün səhər Qırmızı dənizdə bir neçə PUA-nın hücumuna məruz qalıb.

Bununla əlaqədar, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri çərşənbə axşamı səhər saatlarında işğal olunmuş ərazilərə gedən gəmiyə hücumu təsdiqləyərək deyib: Qırmızı dənizdə düşmənin hərbi gəmilərinə, o cümlədən 2 Amerika esminesinə bir neçə PUA-la hərbi əməliyyat keçirdik.

General Yəhya əlavə edib: Dəniz, Raket və Hərbi Hava Qüvvələrimiz Qırmızı dənizdə “Cyclades” gəmisinə qarşı birgə əməliyyat keçirdi və zərbə dəqiq oldu.

Tags