Tehran –İRNA - N şəbəkəsi. BCNews çərşənbə günü xəbər verir ki, Nyu York polisi Kolumbiya Universitetinin Hamilton Hall binasına basqın zamanı 100 etirazçı Fələstin tərəfdarını həbs edib.

İRNA-nın məlumatına görə, Nyu-York polisi yerli vaxtla axşam saat 21:00-dan sonra Kolumbiya Universitetinə basqın edib və saat 23:00-da universitetin həyətini etirazçılardan təmizlədiklərini elan edib. 

Universitet rəhbərliyi polisdən ən azı mayın 17-nə qədər universitetdə qalmağı xahiş edib. 

Kolumbiya Universitetində Fələstin tərəfdarı olan tələbə qruplarının əsas tələblərindən biri, universitetin Qəzzaya vəhşicəsinə hücum edən İsraillə iqtisadi əlaqələrini kəsməsini tələb etmələridir.