Tehran – İRNA - Yəmənin Ali Siyasi Şurasının yüksək rütbəli üzvü Məhəmməd Əli əl-Husi çərşənbə günü səhər Yəmənə qarşı təcavüzkarlara xitabən deyib: "Odla oynamayın".

Əli əl-Husi X şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Odla oynamayın; Bizdə düşündüyünüzdən qat-qat çox, daha ağır strateji əhəmiyyətə malik olan silahlar var;  

Əl-Husinin sözləri Yəmən silahlı qüvvələrinin “Cyclades” gəmisinə PUA-la hücumdan bir neçə saat sonraya təsadüf edir. 

İRNA-nın məlumatına görə, işğal olunmuş Fələstin limanlarına gedən bu gəmi çərşənbə axşamı səhər Qırmızı dənizdə bir neçə PUA-nın hücumuna məruz qalıb.