Kolumbiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Prezidenti Qustavo Petronun sionist rejimlə diplomatik əlaqələri kəsmək barədə açıqlaması ilə bağlı bəyanat yayaraq bildirib: “Bu qərar sırf diplomatik münasibətləri kəsmək məqsədi daşıyır və heç vaxt İsrail xalqına və ya yəhudi icmalarına qarşı deyil. Çünki biz tarixi bağlar və davam edəcək dostluq birləşdirir.”
Bəyanat Kolumbiyanın həyata hörmət etmək, sülhü və Fələstin məsələsinin iki dövlətli həllini təşviq etmək öhdəliyini vurğulayaraq bildirib ki, əlaqələrin kəsilməsi “zorakılığı rədd etmək, dinc və ədalətli həllə dəstəyi ifadə etmək üçün zəruri addımdır.”
Kolumbiyanın diplomatik xidmətinin açıqlamasına görə, bu ölkənin sülh və Fələstin-İsrail münaqişəsinin qəti həlli ilə bağlı tələbləri dinlənilməyib.
Bəyanatda əlavə olunur: “Bu çağırışlara cavab olaraq, ölkə və Prezident Qustavo Petro təhqir və antisemitizmlə bağlı təhrif edilmiş ittihamlara, İsrail və onun nümayəndələrinin qeyri-dost hərəkətlərinə məruz qaldı.”
Bu rəsmi bəyanata əsasən: “Kolumbiya özünü bu şəkildə aparan və soyqırım, hərbi cinayətlər və beynəlxalq humanitar hüququn pozulması kimi ciddi ittihamlarla üzləşən hökumətlə diplomatik münasibətləri davam etdirərək cinayət ortağı ola bilməz, yaxud bu sadalananlar qarşısında susa bilməz.”
Bəyanatda qeyd olunur ki, Kolumbiyanın Xarici İşlər Nazirliyi İsrailin Boqotadakı səfirliyinə bu ölkənin Prezidenti Qustavo Petronun təklif etdiyi tədbirlər haqqında məlumat verəcək. İşğal olunmuş ərazilərdəki Kolumbiyanın diplomatik rəsmiləri Kolumbiyaya qayıdacaq, lakin Kolumbiya vətəndaşları hələ də Tel-Əvivdəki səfirliyin konsulluq şöbəsindən lazımi yardım və xidmətləri alacaqlar.
Publish Date: 2 may 2024 - 17:20
Tehran - İRNA - Kolumbiyanın Xarici İşlər Nazirliyi sionist rejimlə diplomatik əlaqələrin kəsilməsinin elanından sonra irəli sürülən antisemitizm ittihamlarını açıq şəkildə rədd edərək vurğulayıb: “Kolumbiya İsrailin cinayət ortağı ola bilməz.”