Tehran - İRNA - HƏMAS-ın Livandakı nümayəndəsi Qəzzə zolağında atəşkəsə nail olmaq üçün Qahirədə davam edən danışıqlara toxunaraq deyib: “Danışıqların bu mərhələsinin nəticələrini qiymətləndirmək və onun müsbət cəhətləri barədə danışmaq hələ tezdir.”

Əhməd Əbdülhadi “Əl-Məyadin” telekanalına açıqlamasında deyib: “Bu danışıqlar dövrünün müsbət tərəflərindən danışan Amerika və sionist rejim oldu. Amma onun müsbət olacağına hökm etmək düzgün deyil.”

Hərəkatın Livandakı nümayəndəsi HƏMAS-ın təklifləri ciddi şəkildə araşdırdığına işarə edərək bildirib: “Müqavimətə hər hansı razılaşmanı qəbul etməyə təzyiq göstərmək mümkün deyil.”

Əhməd Əbdülhadi qeyd edib ki, Netanyahu müharibəni uzatmaq istəyir. Buna görə də müharibənin qismən dayandırılması ilə razıdır. Həmçinin onun Rəfaha hücumla hədələməsi müqavimətə təzyiq etmək məqsədi daşıyır.

HƏMAS-ın Livandakı təmsilçisi vurğulayıb: “Netanyahu Rəfaha hücum etmək qərarına gəlsə, onu çoxlu sürprizlər gözləyir.”