Tehran - İRNA - Media mənbələri bu gün (cümə) bildiriblər ki, işğal olunmuş ərazilərin şimalındakı Miron strateji bazası bir neçə raketlə hədəfə alınıb.

Əl-Cəzirə kanalı xəbər verib ki, işğal olunmuş ərazilərin şimalında, Miron strateji bazasının da yerləşdiyi “Cəbəl əl-Cərməq” ərazisi Livan Hizbullahının raket hücumlarının hədəfi olub.

Sionist rejimin mediası da Livandan Miron bazasına doğru 10 raket atıldığını açıqlayıb.

Media mənbələri Hizbullah raketlərinin Cəbəl əl- Cərməqi vurduğu andan görüntülər də yayımlayıb.

Miron bazası əvvəllər də bir neçə dəfə Livan Hizbullahının hücumlarının hədəfi olmuşdu.