Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qambiyaya səfərinin davamında İslam Əməkdaşlıq Təşkilatının 15-ci sammitinin açılışında iştirak etdikdən sonra İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian kiberməkanda şəxsi səhifəsində yazıb: “İslam Əməkdaşlıq Təşkilatının Qambiyada keçirilən 15-ci sammiti çərçivəsində Misirdən olan həmkarım cənab Samih Şükri ilə ikitərəfli münasibətlərin son vəziyyəti və regional proseslər, xüsusilə Qəzzədəki vəziyyət və sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin dayandırılması üçün davam edən səylərlə bağlı müzakirə etdik. Sonra da sionist rejimin ölkəmizin Dəməşqdəki səfirliyinə qarşı terror hücumunun miqyası və İran silahlı qüvvələrinin qanuni müdafiə çərçivəsində reaksiyasını izah etdim və sionist rejimin terror aktını pisləməkdə Misirin mövqeyinə görə təşəkkür etdim.
Sonda o qeyd edib: Qəzzada müharibə və soyqırımı dayandırmaq üçün regional səylər daha ciddi xarakter alıb.
Publish Date: 4 may 2024 - 18:50
Bancul - İran - İran və İndoneziya xarici işlər nazirləri İslam Əməkdaşlıq Təşkilatının Banculda keçirilən iclası çərçivəsində görüşüblər.