Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bildirişinə əsasən, Qəzzada hər gün 37 uşaq sionist ordusunun hücumları və bombardmanları səbəbindən analarını itirir.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzadakı müharibənin qadınlara qarşı müharibə kimi davam etdiyini bildirərək, əlavə edib: Oktyabrın 7-dən İsrail [rejiminin] ordusunun Qəzza sakinlərinə qarşı hücumları nəticəsində 10 mindən çox qadın şəhid olub, 19 min qadın isə yaralanıb.

UNRWA bu gün X sosial şəbəkəsində yayımladığı bəyanatda İsrailin Qəzza zolağına davam edən hücumları zamanı qadınları hədəf almağa davam etdiyini və Qəzzada hər gün orta hesabla 37 uşağın analarını itirdiyini əlavə edib.