Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, bu gün (bazar ertəsi) günorta saatlarında yerli və xarici rəsmilərin iştirakı ilə İsfahanda keçirilən nüvə elmləri və texnikaları üzrə birinci beynəlxalq konfransın açılış mərasimində deyib: “MAQATE-nin digər üzvləri kimi İran da nüvə texnologiyasını inkişaf etdirmək əzmindədir. Bu gün ölkələrin 2050-ci ilə qədər karbonu sıfıra endirmək üçün kollektiv iradəsi bir öhdəliyə çevrilib və onlar nüvə stansiyalarını üç dəfə artırmağı hədəfləyiblər. Biz də atom enerjisi üçün nüvə sənayesinə nail olmaq məqsədilə daha sürətlə işləyirik.”
İslami bildirib: “İran 2041-ci ilə qədər elektrik enerjisini 20 min meqavata çatdırmağı öz gündəliyinə daxil etmişdir. Bu planlar ölkənin şimal və cənub sahillərində həyata keçirilir. Buradan İrana sərmayə qoymağa hazır olan ölkələri bu layihələrdə iştiraka dəvət edirəm.”