Tehran - İRNA - Prezident Aparatının siyasi məsələlər üzrə müavini sosial şəbəkədə Ayətullah Rəisi ilə görüşdə İraq Kürdüstanı Regional Hökumətinin rəhbərinin sözlərindən bəzi məqamlara toxunaraq yazıb: Bərzani dedi: “İmam Xomeyni təkcə İranın Rəhbəri deyil, həm də bizim Rəhbərimiz idi.”

Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bazar ertəsi Neçirvan Bərzaninin Ayətullah Rəisi ilə görüşdə Kürdüstan Regional Hökumətinin rəhbərinin üç cümləsinə işarə edərək yazıb: Bu görüşdə Bərzani dedi: “İran inqilabı olmasaydı, kürd hərəkatının sonunun nə ilə nəticələnəcəyi bəlli deyildi”, “İmam Xomeyni təkcə İranın Rəhbəri deyil, həm də bizim Rəhbərimiz idi” və “Məsud Bərzaninin də dediyi kimi, İŞİD-ə qarşı kürdlərə ilk yardım edən general Qasım Süleymani idi”.