Tehran - İRNA - Bu çərşənbə axşamı səhər sionist ordusu Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşən Rəfah keçidinin Fələstin hissəsini işğal etdiyini elan edib.

İRNA-nın Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Rəfah keçidinin Fələstin hissəsinin bu rejim ordusu tərəfindən işğal edildiyini açıqlayıb. 

Sözçü əlavə edib: Sionist rejimin 401-ci briqadasının əsgərləri Rəfah keçidinin Fələstin hissəsini ələ keçiriblər.