Tehran - İRNA - Minlərlə Mərakeş vətəndaşı cümə günü paytaxt Rabatda Fələstin və Qəzza xalqına dəstək və qəddar İsrail rejiminə etiraz olaraq nümayiş keçirib.

Minlərlə Mərakeş vətəndaşı sionist rejimin Qəzza zolağında davam edən cinayətlərinə etiraz edərək, öz ölkələrinin sionist rejimlə əlaqələr və əməkdaşlığına son qoyulmasını və bu rejimin Rabatdakı əlaqə ofisinin bağlanmasını tələb ediblər.

Üç gün əvvəl mərakeşli etirazçılar Fələstin xalqını dəstəkləmək və Rabat hökumətinin işğalçı sionistlərlə münasibətlərin normallaşdırılmasına qarşı çıxmaq üçün bu ölkənin parlamenti qarşısında aksiya keçiriblər.