Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin gizli həbsxanalarının şəraiti və fələstinlilərə işgəncə verilməsi ilə bağlı dərc olunan xəbərlərə reaksiya verib və bəyan edib ki, bu həbsxanalar daha çox insan qəssabxanalarına bənzəyir.

HƏMAS hərəkatı bəyanatında vurğuladı: Qəzza zolağında sionist rejimin gizli həbsxanalarında fələstinlilərə işgəncə verilməsi ilə bağlı beynəlxalq xəbərlər bu rejimin dəhşətli cinayətlərinin yalnız kiçik bir hissəsidir.

Bu bəyanatda deyilir: Sionist rejimin məxfi zindanlarından yaxın vaxtlarda azad edilmiş məhbusların şahidliklərinə əsasən, bu həbsxanalar daha çox insan qəssabxanalarına bənzəyir və buradakı cinayət faşistlərin cinayətlərini üstələyib və beynəlxalq təşkilatlar tərəfindən onların qeydiyyata alınmasına ehtiyac var.