Fələstin Səhiyyə Nazirliyi yaydığı bəyanatda əlavə edib: “Fələstinli yardım işçiləri Şəfa tibb kompleksinin palatalarında da onlarla cəsəd tapıblar.”
Bəyanatda qeyd olunur ki, kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin fiziki müayinəsi bu cəsədlərin əksəriyyətinin tibbi yardımdan məhrum edilmiş xəstələrə aid olduğunu göstərir.
Səhiyyə Nazirliyi bildirib: “Elə cəsədlər tapdıq ki, İsrail rejiminin hərbi maşınları onların bədənlərinin üzərindən keçmişdi və onları parçalamışdı. Şəfa xəstəxanasının həyətindəki kütləvi məzarlıqlarda başsız cəsədlər tapdıq.”