Ərdəbil - İRNA - Bir neçə dəqiqə əvvəl Ərdəbil vilayətinin bəzi yerlərində nisbətən güclü zəlzələ baş verib.

Tehran Universitetinə bağlı Geofizika İnstitutu bu zəlzələnin maqnitudasını Rixter cədvəli üzrə beş dərəcə və vaxtının şənbə günü saat 16:51:47-də olduğunu bildirib.

Məlumata görə, bu zəlzələnin episentri Azərbaycan Respublikasının Nərimanabad bölgəsi elan edilib.

Bu zəlzələ 26 kilometr dərinlikdə baş verib və vilayətin bəzi şəhərlərində də hiss olunub.

Ərdəbil vilayətində baş verən bu zəlzələnin mümkün dağıntıları barədə məlumat verilməyib.