Tehran - İRNA - HƏMAS bu gün (şənbə) sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə hava hücumlarının intensivləşməsinə reaksiyasında bildirib ki, bu rejim Fələstin xalqına qarşı soyqırım müharibəsini davam etdirməkdə israrlıdır və Amerika ona dəstək verdiyi üçün bu cinayətlərə görə məsuliyyət daşıyır.

HƏMAS-ın bəyanatında bildirilir: “İşğalçı rejim ordusu bir neçə gün Rəfah şəhərində davam edən əməliyyat, işğal və “Əz-Zeytun” məhəlləsindəki cinayətlərlə eyni vaxtda Cəbəliyyədə hərbi əməliyyata başladığını elan edib və bu ərazidə yaşayan vətəndaşların oranı tərk etmələri barədə xəbərdarlıq edib. Bu hərəkət sionist terrorçu kabinetinin bombardman, qətl, köçkünlük və mülki strukturların davamlı şəkildə məhv edilməsi yolu ilə Qəzzə zolağında millətimizə qarşı soyqırım müharibəsini davam etdirməkdə israrının təsdiqidir.”

HƏMAS vurğulayıb: “Amerika hökuməti və onun prezidenti Co Bayden faşist sionist rejimin cinayətlərinə dəstəyini davam etdirdiyinə görə, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, mülki şəxslərə qarşı törədilən bu cinayətlərin artmasına görə məsuliyyət daşıyır.”