İRNA-nın bazar ertəsi Reuters xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Daxili İşlər Nazirliyi ölkə polisinin Yerevanda keçirilən nümayişlər zamanı 88 nəfəri həbs etdiyini açıqlayıb. Etirazçılar bir neçə sərhəd kəndini Azərbaycan Respublikasına təhvil verməyə qərar verən Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Ermənistan bu yaxınlarda yaşayış olmayan bəzi kəndlərin Bakı hökumətinə təhvil verildiyini bəyan edib və bunu iki qonşu arasında sülh sazişinin əldə olunması yolunda mühüm hadisə hesab edib.
Bu, bir çox ermənilərin qəzəbinə səbəb olub və arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə etirazçılar bir neçə gün piyada getdikdən və 160 kilometr məsafəni qət etdikdən sonra cümə axşamı (9 may) paytaxta daxil olaraq, etiraz aksiyasına başlayıblar.