Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Səri bildirib: “Yəmən Silahlı Qüvvələri həyata keçirdiyi hərbi əməliyyatda Qırmızı dənizdəki Amerika esminesini (Mason) bir neçə dəniz raketləri ilə hədəfə aldı.”
Y. Səri həmçinin deyib: “Destiny gəmisi Yəmənin dəniz, raket və dron qüvvələrinin Qırmızı dənizdə keçirdiyi birgə əməliyyatda hədəfə alındı.”
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu əməliyyatın məqsədi ilə bağlı deyib: “Destiny gəmisi işğal altındakı Fələstinin limanlarına gedən gəmilərin keçidi ilə bağlı qadağanı pozduğu üçün hədəfə alındı.”