Publish Date: 16 may 2024 - 21:11

Tehran - İRNA - İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Baş direktoru deyib: “Biz media sahəsində yeni ideyalar və bu ideyaların sahiblərini inkişaf etdirə bilməmiz üçün innovasiya və akselerator mərkəzi yaratmaq ardıncayıq.”

Əli Nadiri “Amper” innovasiya və kreativ sənaye fabriki ilə tanışlıq çərçivəsində deyib: “Gələcəyə qapı media sahəsində yeni texnologiyalara arxalanır. İslam İnqilabının Ali Rəhbərinin son iki onillikdə dəfələrlə vurğulaması, elm və texnologiyalar üzrə qurumlar kimi elmi müəssisələrin formalaşması və güclənməsi də gələcəyimizin eyni istiqamətdə addım atmalı olduğunu göstərir.”

İRNA-nın Baş direktoru deyib: “Bizim digər ölkələrdən fərqimiz ondan ibarətdir ki, bizim hər il əhəmiyyətli insan resursları hazırlayan böyük universitet şəbəkəmiz var və bu, böyük insan sərmayəsidir. Bizim ideyamız, biliyimiz, istedadlı adamlarımız var və bu sahədə qonşu ölkələrlə müqayisə edilə bilmərik.”

Nadiri daha sonra deyib: “Ölkədə böyük bir qüvvə, ideya və düşüncə mədəni var. Bu səbəbdən bu nəhəng mədəni çıxarmaq üçün karxanalara ehtiyac var. Bu məqsədə həmin texnologiya mərkəzləri vasitəsilə nail olunur.”