Pərviz Şahbazov bazar günü “Qız Qalası” hidroqovşağının açılışı mərasimində əlavə edib: “Bu layihə İran ilə Azərbaycan ölkələri arasında iqtisadi, ticari və siyasi əlaqələrin dərinləşdiyini göstərir. Bu, bir çox problemləri həll edə və iki tərəf arasında iqtisadi maneələri aradan qaldıra bilər.”
Energetika naziri bildirib: “Qız Qalası bəndi əslində Araz çayının hər iki sahilində iki ölkənin ehtiyatlarının bərabərləşdirilməsi deməkdir. Bu, hər iki ölkə üçün transmilli layihədir. Biz bu böyük tikinti layihəsinin işçilərinin, məsləhətçilərinin və fəhlələrinin səylərini yüksək qiymətləndiririk.”