Tehran - İRNA - İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə olan müxbir helikopterin yerininı hələlik məlum olmadığını bildirib.

İranın “Xəbər” telekanalının müxbiri Prezidentin helikopterinin qəzaya uğradığı yerin yaxınlığından xəbər verib: “Hava çox dumanlıdır və yardımı çətinləşdirir. Prezidentin helikopterinin yeri barədə hələ də etibarlı məlumat yoxdur. Yeni xilasedici qruplar və bəzi alpinistlər xilasetmə qruplarına qoşulub.”

Müxbir əlavə edib: “Hava həddindən artıq soyuqdur. Əlverişsiz hava şəraiti səbəbindən helikopter vasitəsilə axtarış və uçuş mümkün deyil və xilasetmə işləri yerdə aparılır.”