Prezident Ayətullah Seyid İbrahim Rəisinin helikopteri bu gün axşam saatlarında, mayın 19-da “Qız Qalası” bəndinin açılışından sonra Təbriz Neft Emalı Zavodunun keyfiyyətinin yüksəldilməsi ilə bağlı açılış mərasimində iştirak etmək məqsədilə Təbrizə gedərkən Uzi kəndi ilə Pir Davud kəndi arasındakı Dizmar meşəsində qəzaya uğrayıb.
Hadisənin ardınca Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib: “Ordunun, SEPAH və polis komandanlığının bütün imkanları və texnikası (Prezident və onu müşayət edən heyəti daşıyan helikopterə) yardım və axtarış işləri üçün istifadə edilsin.”
Publish Date: 19 may 2024 - 20:23
Tehran - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu, SEPAH və polis komandanlığına Prezident və onu müşayət edən heyəti daşıyan helikopterin axtarışı və yardım edilməsi üçün bütün imkanlarından istifadə etməklə bağlı əmr verib.