Ayətullah Seyid İbrahim Rəisi 2021-ci ildə keçirilən 13-cü prezident seçkilərində ölkəni idarə etmək üçün seçilən İranın səkkizinci Prezidenti idi.

Seyid İbrahim Rəisi bazar günü (19 may 2024) Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə qrupunun rəhbəri Seyid Məhdi Musəvi, pilotlar və uçuş heyəti ilə birlikdə Xudafərin bəndindən Təbriz Neft Emalı Zavoduna qayıdarkən texniki nasazlıq səbəbindən baş vermiş helikopter qəzasında şəhid oldu.