Nyu York - İRNA - BMT Təhlükəsizlik Şurasının üzvləri yerli vaxtla bazar ertəsi iclasın əvvəlində Prezident Ayətullah Seyid İbrahim Rəisi, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayət edən nümayəndə heyətinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu ay (may) Təhlükəsizlik Şurasına sədrlik edən Mozambikin səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik və sülhə dair iclasının əvvəlində deyib: “Rusiya, Çin və Əlcəzair nümayəndələrinin müraciəti ilə və Təhlükəsizlik Şurasının üzvləri adından bütün iştirakçılardan xahiş edirəm ki, İran Prezidenti Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahyan və helikopterin qəzaya uğraması nəticəsində onlarla birlikdə həyatını itirmiş bütün sərnişinlərin ehtiramına, eləcə də İran hökumətinə və xalqına başsağlığı vermək üçün hər kəs yerindən ayağa qalxsın və bir dəqiqə sükut etsin.”

Bundan əlavə, Yaponiya, Qayana, Rusiya və Malta kimi ölkələrin səfir və nümayəndələri də çıxışlarına başlamazdan əvvəl bu itkiyə görə İran hökuməti və xalqına başsağlığı veriblər.