Təbriz - İRNA - Təbrizin müxtəlif məhəllələri və məscidlərindən olan dini heyət və qruplar şəhid imam cümə Ayətullah Seyid Məhəmmədəli Ali-Haşimin mənzilinin qarşısına toplaşıblar.

Ayətullah Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin şəhid olması elan etdikdən sonra Təbriz əhalisi dini və hüseynçi heyətlər şəklində şəhid imam cümə Ayətullah Seyid Məhəmmədəli Ali-Haşimin mənzilinin qarşısına toplaşıblar, mərsiyə və növhələr oxuyaraq Vərziqanda baş verən helikopter qəzası nəticəsində şəhid olanlara görə əzadarlıq ediblər.

İslami İranın xalq Prezidenti, Xarici İşlər naziri, Təbrizin sevimli və hüseynçi imam cüməsi və Şərqi Azərbaycanın mücahid valisinin şəhid olması Azərbaycan və Təbriz xalqı arasında qəm və kədər dalğasına səbəb olub və ictimai ab-hava hazırda kədər içindədir.

Hazırda Təbrizin müxtəlif məhəllələrindən gəlmiş dini heyətlər imam cümənin evinin qarşısına toplaşıb, mərsiyə və əzadarlıqla məşğuldurlar.

Təbrizin əzalı əhalisi İRNA müxbiri ilə müsahibədə bu günün Təbriz əhalisi üçün ən acı günlərdən biri olduğunu bildirərək, sevimli bir imam cüməni itirdikləri üçün narahatlıqlarını ifadə ediblər. Onlar ağlar göz ilə höccətül-islam vəl-müslimin Ali-Haşimə əzadarlıq edirlər.